EN

Hayfa limanında tankerə dəyən zərbədən sonra yanğın baş verdi

Raket hücumu İsrailin şimalındakı Hayfa limanında yanğına səbəb olub.

Redaktor.az xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.

İsrail xilasetmə xidməti bildirib ki, limandakı bir tankerə birbaşa zərbə endirilib və nəticədə tankerdə və sənaye binasında yanğın baş verib. Yanğınsöndürənlər yanğının daha da yayılmasının qarşısını almağa çalışırlar.

İsrailin Enerji naziri Eli Koen raketin istehsal müəssisələrinə zərər vermədiyini və yanacaq təchizatına təsir etmədiyini bildirib.

Aminə ŞAHSUVARQIZI

Chosen
45
redaktor.az

1Sources