EN

Simonyan belçikalı parlamentarilərlə Azərbaycanla sülh prosesini müzakirə edib

Ermənistan parlamentinin sədri Alen Simonyan Belçika-Ermənistan parlamentlərarası dostluq qrupunun üzvləri ilə Ermənistanla Azərbaycan arasında sülh prosesini, həmçinin cari regional vəziyyəti müzakirə edib.

Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamenti məlumat yayıb. 

Qeyd olunur ki, Krallığın parlamentinin Belçika-Ermənistan dostluq qrupunun nümayəndə heyəti Elsa Van Hoffun başçılığı ilə Ermənistanda səfərdədir.

"İkitərəfli münasibətlər, Ermənistanda demokratik islahatlar, Ermənistanla Azərbaycan arasında sülh prosesi, həmçinin regional inkişaf əsas müzakirə mövzusu oub", - məlumatda deyilir.

Chosen
15
7
missiya.az

9Sources