Olke.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Mərhum iranlı general Qasım Süleymaninin qızı Zeynəb Süleymani ərəb ölkələrinə çağırış edib.
Ölkə.az xəbər verir ki, o, xüsusən də Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri rəhbərliyinə xəbərdarlıq edib.
“Səudiyyə Ərəbistanı və BƏƏ də daxil olmaqla bəzi Körfəz ölkələri ABŞ-sionist təzyiqlərini pərdəarxası şəkildə təhrik edir və dəstəkləyirlər.
Biz onları xəbərdar edirik ki, "müqavimət oxu"ndakı Hacı Qasım məktəbinin davamçıları xainlər üçün geniş planlar hazırlayıblar”, – o qeyd edib.
Zeynəb Süleymani mərhum atasının çıxışının videosunu paylaşaraq yazıb: "Hacı Qasimin gözlərində gördüyün qorxunu xatırlayırsan? İndi o gözləri döyüş meydanındakı İslam Ordusu əsgərlərinin üzlərində görmək mümkündür".
Mürtəza
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.