ABŞ Pakistan və digər ölkələr vasitəsilə İrana danışıqlar aparmağı təklif edib.
"Cebheinfo.az" İRNA agentliyinin teleqram kanalına istinadən xəbər verir ki, bunu İran XİN-in sözçüsü İsmayıl Bəqai bildirib.
"Danışıqların sonuncu raundundan etibarən biz bəzi vasitəçilərdən, o cümlədən Pakistandan ABŞ-nin danışıqlara hazır olmasına dair mesajlar alırdıq", - o qeyd edib.
Bəqai bildirib ki, indiyədək İran tərəfi ABŞ ilə birbaşa təmasda olmayıb.
"Cebheinfo.az"