EN

"ABŞ vasitəçilərlə danışıqlara hazırdır"

ABŞ Pakistan və digər ölkələr vasitəsilə İrana danışıqlar aparmağı təklif edib.

"Cebheinfo.az" İRNA agentliyinin teleqram kanalına istinadən xəbər verir ki, bunu İran XİN-in sözçüsü İsmayıl Bəqai bildirib.

"Danışıqların sonuncu raundundan etibarən biz bəzi vasitəçilərdən, o cümlədən Pakistandan ABŞ-nin danışıqlara hazır olmasına dair mesajlar alırdıq", - o qeyd edib.

Bəqai bildirib ki, indiyədək İran tərəfi ABŞ ilə birbaşa təmasda olmayıb.

"Cebheinfo.az"

Chosen
11
2
cebheinfo.az

2Sources