“Olduqca, böyük itkidir. Azərbaycan teatrının ən böyük korifeylərindən biri dünyasını dəyişib”.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevlə vida mərasimində Xalq artisti Yalçın Adıgözəlov deyib:
“Rasim Balayev böyük sənətkar, şəxsiyyət və aktyor idi. Ona Allah-Təaladan qəni-qəni rəhmət diləyirəm. Amma bir təsəlli var ki, Rasim Balayev sənəti daim yaşayacaq. Çünki o bizim gəncliyimizdir. Xalqımızın başı sağ olsun”.
"Cebheinfo.az"