EN

İsrail parlamenti büdcəni təsdiq edib: müdafiə xərcləri rekord səviyyədə

İsrail parlamenti 2026-cı il dövlət büdcəsini təsdiqləyib.

"Far.Az" xəbər verir ki, bu barədə İsrail KİV-i məlumat yayıb.

Knessetin 62 deputatı sənədin lehinə, 55 deputatı isə əleyhinə səs verib.

Xərclərin ümumi məbləği 699 milyard şekel (222 milyard dollar), müdafiə xərcləri isə 143 milyard şekeldir (45,5 milyard dollar).

"Knesset 2026-cı il dövlət büdcəsini son oxunuşda təsdiq edib. Ümumi büdcə İsrail tarixində ən böyük büdcədir. Təkcə Müdafiə Nazirliyinin büdcəsi 142 milyard şekeldən çox olacaq ki, bu da rekord göstəricidir", - məlumatda bildirilib.

Chosen
14
far.az

1Sources