EN

Bakı Ələt yoluna görə təkəri partlayan sürücülər kompensasiya ala bilər AÇIQLAMA

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı–Ələt yolunda yaranan dərin çuxurlar sürücülər üçün ciddi problemə çevrilib. Yolun müxtəlif hissələrindəki nasazlıq nəticəsində onlarla avtomobilin təkəri partlayıb, sürücülər yolda qalaraq həm maddi ziyanla üzləşib, həm də təhlükəli vəziyyətə düşüblər. Mövcud vəziyyətdə dəymiş zərərin məsuliyyətini kim daşıyır və bu ziyanı kim ödəməlidir?Problemlə bağlı vəkil Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, qanunvericiliyə əsasən bu şəxslər zərərçəkmiş hesab olunur:"Onlar yolun çəkilməsinə və ya saxlanmasına məsul olan qurumu məhkəməyə verərək dəymiş maddi və mənəvi zərərin ödənilməsini tələb edə bilərlər. Bu zaman zərərin həcmi, hadisənin səbəbləri və məsuliyyətin kimə aid olması müvafiq sübutlarla təsdiqlənməlidir.Məsul qurum kimi yerli icra hakimiyyəti, bələdiyyə və ya yolun balansında olduğu digər dövlət qurumu çıxış edə bilər. Konkret olaraq hansı qurumun cavabdeh olduğunu müəyyən etmək üçün həmin yolun aidiyyəti üzrə kim tərəfindən istismar olunduğunu araşdırmaq lazımdır".Vəkil deyib ki, praktikada belə hallarla bağlı məhkəmə prosesləri adətən uzun çəkir və nəticəsi hər zaman zərərçəkmişlərin xeyrinə olmaya bilər. "Mövcud reallıqda məhkəmələrin bu cür iddiaları tam şəkildə təmin etməsi ilə bağlı cəmiyyətdə müəyyən tərəddüdlər var. Buna baxmayaraq, hüquqi baxımdan vətəndaşların belə iddialarla çıxış etmək və öz hüquqlarını tələb etmək imkanı mövcuddur", - deyə o bildirib.

 

@_.hcyv._ 29.03.2026-cı il saat 22:20 radələrində Bakı-Ələt-Astara magistral yolunun Bakı istiqaməyində nəvahi-atbulaq ərazisindən keçən hissəsidir. Mənim idarə etdiyim avtomobil daxil olmaqla 16 ədəd avtomobilin təkəri yoldakı çuxurıar səbəbindən cırıldı. Dəymiş zərəri kim necə qarşı[email protected] @BAKU ES @ayna@polisazerbaycan ♬ orijinal ses - Polad Hacıyev

Əfsanə Kamal

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
5
16
demokrat.az

10Sources