Sabah Azərbaycanda hava necə olacaq?
Martın 31-də gözlənilən hava proqnozu açıqlanıb.
Bakıda və Abşeron yarımadasında gözlənilən hava
Aznews.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi axşam cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 7-10° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 751 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.