Azxeber.com portalından alınan məlumata görə, ain.az xəbər verir.
"Rasim Balayev böyük məktəb idi”.
Bunu AZXEBER.COM-a əməkdar artist Dilarə Əliyeva xalq artisti Rasim Balayevin vəfatı ilə bağlı danışarkən deyib.
"Bizim ondan öyrənəcəyimiz çox şey var idi. Hansısa sənətin sahibi olursansa, o sənətin haqqını Rasim Balayev kimi vermək lazımdır. Biz heç zaman üzünü görmədiyimiz tarixi şəxsiyyətlərimizi, ədiblərimizi, yazarlarımızı Rasim Balayevin simasında sevdik. Bu gün "Nəsimi”deyiləndə insanın ağlına ilk Rasim Balayev gəlir. Hüseyn Cavid haqqında çəkilən filmdə mən onun həyat yoldaşı "Müşkünaz” xanımı canlandırdım. Hüseyn Cavidin böyüklüyünü, mehribanlığını, xalqına və vətəninə sadiqliyini ondan öyrəndim. Onun sözlərinə, baxışlarına tamaşaçı kimi heyran olurdum. Rasim Balayev ölümün son olmadığını göstərir”.
Посмотреть эту публикацию в Instagram
Публикация от Azxeber Life (@azxeber_life)
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.