EN

Bir tərəfdə qayda pozanlar, digər tərəfdə nümunəvi piyada VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

Paytaxtın müxtəlif ərazilərində piyadaların yol hərəkəti qaydalarına münasibəti kameraya düşüb. 

Avtosfer.az-ın məlumatına görə, hadisələr bir müddət əvvəl səhər saatlarında qeydə alınıb.

Nərimanov rayonu, Məmməd Araz küçəsindəki görüntülərdə qadın piyadaların yolu təyin olunmamış yerdən keçdiyi, üstəlik hərəkətdə olan avtomobillərə əhəmiyyət vermədiyi müşahidə olunub. Kadrlardan aydın olur ki, gənc qadın yaxınlaşmaqda olan nəqliyyat vasitəsini görməsinə baxmayaraq yoluna davam edib. Ardınca yaşlı piyada da onun hərəkətini izləyərək qayda pozub.

Digər tərəfdən, Nəsimi rayonu, Mir Cəlal küçəsində çəkilən görüntülərdə piyada keçidindən istifadə edən gənc qız diqqətli davranıb. O, hərəkətdə olan avtomobillərin yol verməsini gözləyib və sürücünün dayandığını gördükdən sonra yolu keçib.

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
41
avtosfer.az

1Sources