EN

Bazarda niyə yerli məhsul tapmaq olmur? AÇIQLAMA

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Son illərdə bazarlarda xarici məhsulların artması, yerli məhsulların isə nisbətən azalması diqqət çəkən tendensiyalardan biridir. Bu vəziyyət həm istehlakçıların seçimləri, həm də istehsal və tədarük zəncirində baş verən dəyişikliklərlə bağlıdır. Qiymət fərqləri, məhsul müxtəlifliyi, logistika imkanları və yerli istehsalın qarşılaşdığı çətinliklər bu prosesə təsir edən əsas amillər sırasındadır.Bu barədə iqtisadçı ekspert Rəşad Nəcəfzadə Demokrat.az-a bildirib ki, bazarlarda xarici məhsulların çoxalmasının və yerli məhsulların azalmasının əsas səbəblərindən biri yerli istehsalın kifayət qədər inkişaf etməməsidir:“Bir çox hallarda yerli istehsalçılar maliyyə, texnologiya və ya xammal baxımından çətinliklərlə üzləşir və bu da onların məhsullarının həm keyfiyyət, həm də miqdar baxımından rəqabətə davamlı olmasına mane olur. Digər səbəb xarici məhsulların daha ucuz başa gəlməsidir. Bəzi ölkələrdə istehsal xərcləri aşağı olduğuna görə həmin məhsullar bazara daha sərfəli qiymətlə çıxarılır və alıcılar da daha ucuz olduğu üçün onları seçirlər. Bu isə yerli məhsulların satışını azaldır. Həmçinin xarici məhsulların çeşidi daha geniş olur və bəzən keyfiyyəti və qablaşdırılması daha cəlbedici olur”. O deyib ki, reklam və marketinq də bu sahədə mühüm rol oynayır:“Çünki xarici brendlər öz məhsullarını daha yaxşı tanıdır. İdxalın asanlaşması və ticarət əlaqələrinin genişlənməsi də xarici məhsulların bazara daxil olmasını artırır. Nəticədə bazarda rəqabət güclənir və yerli istehsalçılar bu rəqabətə hər zaman tab gətirə bilmir. Bütün bu amillər birlikdə yerli məhsulların bazardakı payının azalmasına və xarici məhsulların üstünlük qazanmasına səbəb olur”.Leyla Turan

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
20
demokrat.az

1Sources