EN

Xalq şairi: Rasim Balayev yalnız böyük aktyor deyildi, o, Azərbaycan kinosunun siması idi

Bakı, 30 mart, AZƏRTAC

Rasim Balayev zirvəyə dişi, dırnağı ilə çatmışdı. Çox güclü, nəhəng insani keyfiyyətlərə sahib idi. Şöhrət isə ona heç vaxt təsir etmədi. Mənim üçün Rasim Balayev yalnız böyük aktyor deyildi, o, Azərbaycan kinosunun siması idi.

Bunu AZƏRTAC-a açıqlamasında Xalq şairi Ramiz Rövşən deyib.

O diqqətə çatdırıb ki, mərhum sənətkar xəstəliyini belə gizli saxlayırdı, bu xəbər çoxları üçün gözlənilməz oldu.

“Azərbaycan kinosunun bütöv tarixini bir insanda cəmləşdirmək mümkün olsaydı, o, Rasim Balayev olardı. O, cəmi 23 yaşında təkcə Azərbaycanda yox, ölkə sərhədlərindən kənarda da tanınmağa başlayıb. Amma buna baxmayaraq, zərrə qədər dəyişməyib”,- deyə Xalq şairi əlavə edib.

Müxbir - Fidan Əlizadə

Chosen
75
1
azertag.az

2Sources