EN

Atasızlıq sindromu yoxsa mükəmməl ana modeli ?

Atasızlıq

Yarımçıq nağılİlhamə VəliqızıDünən çox sevdiyim rəfiqəmlə oğlunu “Şəngülüm, Şüngülüm, Məngülüm” nağılına baxmağa apardıq. Uşaq hekayəyə maraqla yanaşsa da, mən nədənsə hadisələrə psixoloji prizmadan baxmağa başladım. Və bir detal məni xüsusilə düşündürdü: Ata keçinin hekayədəki yoxluğu.Nağıllar uşaqlar üçün sadəcə əyləncə vasitəsi deyil — onlar həm də uşağın dünyanı necə qavradığını formalaşdıran ilkin psixoloji modeldir. Bu baxımdan “Şəngülüm, Şüngülüm, Məngülüm” hekayəsində ana keçinin qoruyucu, qayğıkeş və xəbərdaredici rolu açıq şəkildə vurğulanır. O, təhlükəni əvvəlcədən hiss edir, uşaqlarını qorumağa çalışır və qaydalar qoyur. Hətta sonda qurdu tapır, yaranmış təhlükəli vəziyyətdən ailəsini təkbaşına xilas edir, problemini təkbaşına həll edir. Bu obraz uşağın zehnində “ Ana =təhlükəsizlik” qavramı yaradır. Bura qədər əla! Bəs ata keçi haradadır??Şəngülüm, Şüngülüm, Məngülüm nağılında ata obrazının olmaması həm folklor strukturu həm də dərin psixoloji simvolizm baxımından bir neçə şəkildə izah oluna bilər: Qadın gücü – Ana təkdirNağılın kökləri çox qədimdir. Psixoloji olaraq ana keçi həm qoruyucu, həm də təminedici funksiyanı təkbaşına yerinə yetirir. Ata personajının olmaması ailənin daxili dünyasında qərarverici və nizamlayıcı gücün tamamilə anaya aid olduğunu göstərir. Bu, uşağın dünyasında ananın həm sevgi, həm də təhlükəsizlik mənbəyi kimi mütləq hakimiyyətini simvolizə edir. Müdafiəsizlik və yoxluğun yaratdığı qorxuAtanın yoxluğu hekayədə çatışmazlıq və boşluq hissi yaradır. Psixoloji təhlillərdə ata obrazı adətən "sərhəd qoyan" və "xarici təhlükələrdən qoruyan" qüvvədir. Atanın yoxluğu qurdun yəni təhlükənin evə bu qədər asan daxil ola bilməsinin səbəbi kimi görülür. Bu, uşaqda "hər an müdafiəsiz qala bilərəm" qorxusunu və ayıq-sayıq olma ehtiyacını tətikləyir. Ata haradadır? Bəzi freydist təhlillərə görə, nağıldakı Qurd əslində atanın mənfi, qorxulu və aqressiv tərəfinin proyeksiyasıdır. Yəni ata yoxdur, çünki o, nağılda uşaqları "yeyən" (cəzalandıran) qurd obrazına transformasiya olunub. Ama hətta bu simvolik bənzətmələr doğru olsa belə, nəticə heç də xoşagələn deyil.Azərbaycan ədəbiyyatında bu tip mövzulara toxunularkən bildirilir ki, ana keçi həm ana, həm də ata rolunu üstlənərək fədakarlıq simvoluna çevrilir. Atanın olmaması hadisələrin dramatikliyini artırır. Əgər evdə güclü bir ata olsaydı, qurdun gəlişi və uşaqları aparması bu qədər asan və kədərli olmazdı.Qısacası maraqlıdır ki, klassik nağıllarda belə itkin və ya passiv ata fiquruna azda olsa rast gəlinir. Bu da cəmiyyətin tarixi və mədəni strukturlarının psixoloji əksidir. Lakin müasir dövrdə uşaqlara təqdim etdiyimiz hekayələrdə bu balansı şüurlu şəkildə bərpa etməyin vaxtdır. Daha sağlam nəticələr üçün…Dünənki təcrübə mənə bir daha xatırlatdı ki, uşaqlar üçün danışılan hər hekayə eyni zamanda onların daxili dünyasında qurulan bir modeldir. Bəzən ən sadə nağılların içində belə dərin psixoloji qatlar gizlənir — sadəcə onları fərq etmək lazımdır.Ardı var.[b][/b]

Diqqət Çəkənlər

Türk səhər yeməyi niyə dünyada Unikaldır? – Zənginliyin Sirri Açıqlandı

Alzheimerə qarşı sadə həll: Mətbəxə girin, yaddaşınızı qoruyun

SUCCESSO yeni mövsüm qadın geyim kolleksiyasını təqdim etdi

Chosen
25
ulusum.az

1Sources