EN

“Gözlərində sanki canlı filmə baxırdın, adam əriyirdi” – Video

“İç üzünü görmədiyimiz tarixi şəxsiyyətləri Rasim Balayevin simasında sevdik, qəbul etdik”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Xalq artisi Rasim Balayevin vida mərasiminə qatılan Əməkdar artist Dilarə Əliyeva deyib.

“O yaşadığı həyatı qəhrəmancasına sonlandırdı və eyni zamanda göstərdi ki, ölüm son deyil. Nə qədər ki, Azərbaycan xalqı var, o, bizim kinomuzda, ürəyimizdə yaşayacaq. O sadəcə bir insan deyil, bir məktəb, dövr, əsr idi.

Rasim Balayevsiz dünya yəqin ki, artıq hamıya sıxıcı gələr. Onunla eyni zamanda yaşayıb, eyni dili danışmaq üçün bu dünyaya gəlməyə dəyərdi. Onun ürəyimizə həsr etdiyi kinoların şahidi olduq. Gözlərində sanki canlı bir filmə baxırdın, adam onun gözlərində əriyirdi”.

Ətraflı videoda:

Chosen
23
3
nocomment.az

4Sources