EN

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanıldı

Ötən gün ölkə ərazisində qeydə alınan 36, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
 
Bu barədə Moderator.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
 
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 20, o cümlədən borclu şəxs qismində axtarışda olan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Eyni zamanda, narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib.
 
Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.
 
Chosen
11
43
moderator.az

10Sources