EN

Çoxuşaqlı məmurlar kimlərdir? – FOTO

Son illər Azərbaycanda çoxuşaqlı ailələrin sayı xeyli azalıb. Əvvəlki dövrdən fərqli olaraq, indi 3-4 övladı olan valideynlər çoxuşaqlı ata-ana sayılır.

Hökumət üzvləri və digər yüksək rütbəli məmurlar arasında da bu statusa malik olan bir neçə tanınmış şəxs var.

NOCOMMENT.az çoxuşaqlı məmular haqda məlumatı təqdim edir:

Çoxuşaqlı məmurların siyahısına Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov başçılıq edir. 17 May 2019-cu ildən bəri Sabirabada rəhbərlik edən Siraqəddin müəllim 5 övlad atasıdır.

Fotoda: Siraqəddin Cabbarov

Ədliyyə naziri Fərid Əhmədov da çoxuşaqlı valideyn sayılır. Onun 4 ovladı var. Fərid Əhmədov Prezident İlham Əliyevin 27 fevral 2024-cü il tarixli Sərəncamı ilə ədliyyə naziri təyin olunub.

Fotoda: Fərid Əhmədov

Azərbaycan Respublikası Prezidenti yanında Təhlükəsizlik Şurası katibinin müavini, general-polkovnik Mədət Quliyev də çoxuşaqlı atadır. Onun 4 övladı var.

Fotoda: Mədət Quliyev

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin 3 ovladı var. 49 yaşlı Nəbiyev 2021-ci ildən nazir vəzifəsində çalışır.

Fotoda: Rəşad Nəbiyev

Mədəniyyət naziri Adil Kərimli də 3 uşaq atasıdır. O, 22 dekabr 2022-ci ildən Mədəniyyət naziri işləyir.

Fotoda: Adil Kərimli


Gənclər və idman naziri Fərid Qayıbov da 3 övlad atasıdır. Onun iki oğlu, bir qızı var. Qayıbov 5 ildir nazir işləyir.

Fotoda: Fərid Qayıbov


Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun da iki oğlu, bir qızı var.

Fotoda: Ramil Usubov


Baş nazirin müavini Şahin Mustafayev, müdafiə naziri, general-polkovnik Zakir Həsənov da 3 övlad atasıdır.\\metbuat.az

Chosen
14
2
nocomment.az

8Sources