EN

Azərbaycan millisi beynəlxalq turnirdə ikinci oyununa çıxır

Bakı, 30 mart, AZƏRTAC

Futbol üzrə Azərbaycan millisi bu gün "FIFA Series – 2026" beynəlxalq turnirində ikinci oyununa çıxacaq.

AZƏRTAC xəbər verir ki, komanda Syerra Leone yığması ilə qarşılaşacaq.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək görüş saat 19:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi beynəlxalq turnirin ilk oyununda Sent Lüsiya yığmasını 6:1 hesabı ilə məğlub edib.

Müxbir - Cavid Əliyev

Chosen
9
4
azertag.az

10Sources