EN

Tramp: İran ABŞ-ın bütün tələblərini yerinə yetirəcək

ABŞ prezidenti Donald Tramp hesab edir ki, İran Vaşinqtonun irəli sürdüyü şərtlərlə razılaşacaq.

Bu barədə o, jurnalistlərə açıqlamasında bildirib.

“Onlar nüvə silahlarından imtina edəcəklər. İstədiyimiz hər şeyi edəcəklər. Əks halda, onların ölkəsi olmayacaq”, – deyə Tramp vurğulayıb.

ABŞ lideri əlavə edib ki, Tehran artıq irəli sürülən tələblərin böyük hissəsini qəbul edib. “Onlar planımızın çox hissəsi ilə razılaşıblar. Biz onlardan 15 şey istəmişik”, – deyə o qeyd edib.

Tramp bildirib ki, tərəflər arasında razılaşmanın yaxın vaxtlarda əldə olunması mümkündür. “Düşünürəm ki, biz onlarla razılaşma əldə edəcəyik. Buna kifayət qədər əminəm”, – deyə o əlavə edib.

MənbəAPA
Chosen
1
8
banker.az

9Sources