ain.az, Bizimyol portalına istinadən məlumat verir.
Amerika Birləşmiş Ştatlarının qüvvələri İranda uzun müddətdir müəyyən etməyə çalışdıqları bir sıra hədəfləri vuraraq məhv edib.
Bizimyol.info xəbər vrir ki, bunu ABŞ prezidenti Donald Trump deyib.
Onun sözlərinə görə, son 24 saat ərzində ABŞ-ın “uzun müddətdir axtardığı çoxsaylı hədəflər” aşkarlanıb və dərhal zərərsizləşdirilib. Tramp qeyd edib ki, əməliyyatlar Amerika hərbi qüvvələri tərəfindən həyata keçirilib və nəticədə həmin obyektlər tamamilə sıradan çıxarılıb.
Bununla belə, ABŞ prezidenti hədəflərin konkret olaraq harada yerləşdiyi, hansı obyektləri əhatə etdiyi və əməliyyatın necə icra olunduğu barədə ətraflı məlumat verməyib. O, həmçinin iddialarını təsdiqləyən hər hansı rəsmi sübut və ya əlavə faktlar da təqdim etməyib.
Hazırda məsələ ilə bağlı digər rəsmi qurumların açıqlamaları yoxdur və məlumatın müstəqil mənbələr tərəfindən təsdiqlənib-təsdiqlənmədiyi bəlli deyil.
Qadir, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.