EN

Yaponiyada diplomatik nümayəndəliklərin mühafizəsi gücləndiriləcək

BAKI, 30 mart. TELEQRAF

Tokioda Çin səfirliyinin ərazisinə qanunsuz daxilolmadan sonra Yaponiyada diplomatik nümayəndəliklərin mühafizəsinin gücləndirilməsi qərara alınıb.

Teleqraf xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

Məlumata görə, Yaponiya Milli Polis Agentliyi ölkədəki diplomatik nümayəndəliklərin təhlükəsizliyi ilə bağlı təcili iclas keçirib. Görüşdə xarici ölkələrin səfirlik və konsulluqlarının fəaliyyət göstərdiyi 12 prefekturanın nümayəndələri iştirak ediblər.

Bildirilib ki, polis qurumu Yaponiyadakı diplomatik nümayəndəliklərin mühafizə vəziyyətini yoxlayacaq və təhlükəsizlik tədbirlərini əhəmiyyətli dərəcədə gücləndirəcək. Qurum Tokiodakı Çin səfirliyində baş verən insidenti tamamilə yolverilməz hadisə kimi qiymətləndirib.

Chosen
26
teleqraf.com

1Sources