EN

Kilian Mbappe: “Real Madrid”də tənqidlərə hazır olmalısan”

Idman.biz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Real Madrid” futbol komandasının hücumçusu Kilian Mbappe İspaniya klubunda üzləşdiyi təzyiqlər və tənqidlər barədə fikirlərini bölüşüb.

İdman.Biz “Telefoot” nəşrinə istinadla xəbər verir ki, fransalı ulduz dünyanın ən böyük klublarından birində çıxış etməyin məsuliyyətindən danışıb.

Mbappe tənqidlərlə necə başa çıxmaq lazım olduğunu bildiyini qeyd edib:

“Real Madrid”də tənqidlərlə necə davranmağı bacarmalısan. Bu, Kriştianu Ronaldunun, Di Stefanonun da başına gəlib. Mən niyə istisna olmalıyam ki? Sadəcə sakit qalmalı, diqqətini oyuna cəmləməli və özünü inkişaf etdirməlisən”.

Qeyd edək ki, Mbappenin Madrid klubuna transferi böyük səs-küyə səbəb olsa da, bəzi oyunlardakı performansı zaman-zaman İspaniya mətbuatında müzakirə mövzusuna çevrilir.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
44
1
icma.az

2Sources