EN

Karlo Ançelotti Luka Modriçin fiziki forması barədə danışıb

Bakı. Trend:

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Luka Modriçinfiziki forması barədə danışıb.

Trend xəbər verir ki,təcrübəli mütəxəssis bildirib ki, 40 yaşlı yarımmüdafiəçi hələ dəyüksək səviyyədədir və çox peşəkardır:

“Onun vəziyyəti xüsusidir, çünki "Real"da keçirdiyim sonmövsümdə 39 yaşında olmasına baxmayaraq, o, bir il ərzində bir dənədə olsun məşqi buraxmayıb. O həm fiziki, həm də psixoloji cəhətdənformadadır. Problem təkcə onda deyil, ümumi olaraq bütünkomandaların oyun sürəti ilə bağlıdır.

Mən Fabio Kapello ilə razıyam ki, Serie A-nın sürəti digərturnirlərlə müqayisədə fərqlidir. Çempionlar Liqasında səviyyəyüksələndə bu fərq daha aydın görünür.

Məsələn, İtaliya çempionu "Napoli", həmçinin "Yuventus" və"İnter" kimi komandalar və hətta keçən il final oynayanlar beləmərhələləri keçə bilmədi. "Atalanta" isə uğur qazansa da,"Bavariya"dan iki oyunda 10 qol buraxdı,” – deyə Ançelottibildirib.

Chosen
38
az.trend.az

1Sources