EN

İran Küveyti də hədəf aldı 10 hərbçi yaralanıb

Sia Az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İranın Küveyt əmirliyi ərazisindəki hərbi düşərgələrdən birinə endirdiyi zərbə nəticəsində Küveyt Silahlı Qüvvələrinin 10 hərbi qulluqçusu yaralanıb. Bu barədə ölkənin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi polkovnik Səud əl-Atvan məlumat yayıb. Nazirlik rəsmisinin Küveyt Silahlı Qüvvələri Baş Qərargahının "X" sosial şəbəkəsindəki səhifəsində dərc olunan bəyanatında deyilir:

"Son 24 saat ərzində Silahlı Qüvvələr Küveytin hava məkanında düşmənə məxsus 14 ballistik raket və 12 pilotsuz uçuş aparatı qeydə alıb. Hərbi düşərgələrdən birinə endirilən zərbə nəticəsində 10 hərbi qulluqçu xəsarət alıb, onlara lazımi tibbi yardım göstərilir. Obyektə ciddi maddi ziyan dəydiyi də qeydə alınıb".

Mətləb

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
20
50
sia.az

10Sources