Qol.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Millətlər Kubokunun matç qaydalarına dəyişikliklər ediləcək
Afrika Futbol Konfederasiyası Afrika Millətlər Kubokunun finalında yaşanan qalmaqaldan sonra islahatlara hazırlaşır.
QOL.az xəbər verir ki, “Reuters”in məlumatına görə, qurumun prezidenti Patris Motsepe nizamnamə və qaydalarda ciddi dəyişikliklərin ediləcəyini açıqlayıb. Onun sözlərinə görə, qaydaların beynəlxalq standartlara uyğunlaşdırılması üçün FİFA ilə birgə iş aparılır.
O bildirib ki, bu addım hakimlərə, VAR sisteminə və hüquqi orqanlara olan inamı bərpa etməyə xidmət edəcək.
Qərar Seneqalın çempionluğunun əlindən alınması ilə bağlı yaranan böhran fonunda verilib. Hazırda məsələ ilə bağlı İdman Arbitraj Məhkəməsində araşdırma aparılır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.