EN

Media: İran Beer-Şevadakı sənaye parkına və Neqev səhrasında hərbi mərkəzlərə hücum edib

Bakı, 29 mart, AZƏRTAC

İran silahlı qüvvələri İsrailin Beer-Şeva şəhərində yerləşən sənaye parkına, eləcə də Neqev səhrasında hərbi obyektlərə, Qüds və Təl-Əvivdəki bir neçə hədəfə raket və dron hücumu edib.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

SEPAH-ın açıqlamasında bildirilib: “İsrail ərazisinə və ABŞ-ın bölgədəki hədəflərinə qarşı 86-cı zərbə dalğası zamanı Beer-Şevadakı sənaye parkına, Neqev səhrasında hərbi mərkəzlərə, Şimal Komandanlığına, Qüds və Təl-Əvivdəki hökumət təhlükəsizlik mərkəzlərinə raketlərlə hücum edilib”.

Korpus, həmçinin İranın Aerokosmik Qüvvələrinin bölgədə ABŞ ilə əlaqəli sənaye obyektlərinə zərbələr endirdiyini açıqlayıb.

Raket hücumlarının effektivliyi barədə hələlik məlumat verməyib.

Redaksiya

Chosen
19
1
azertag.az

2Sources