EN

“ABŞ İran danışıqları yaxın günlərdə Pakistanda baş tuta bilər” Məhəmməd İshaq Dar

ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

ABŞ-İran münaqişəsinin nizamlanması üzrə danışıqlar yaxın günlərdə Pakistanın paytaxtı İslamabadda baş tuta bilər.

"Report"un məlumatına görə, Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar bunu Misir, Türkiyə və Səudiyyə Ərəbistanı xarici işlər nazirləri ilə məsləhətləşmələrdən sonra keçirilən mətbuat konfransında açıqlayıb.

Onun sözlərinə görə, Pakistan tərəflər arasında əsaslı danışıqlar üçün platforma rolunu oynamağa hazırdır. 

"İki tərəf arasında məzmunlu danışıqlara ev sahibliyi etmək, mövcud münaqişənin hərtərəfli və davamlı həlli üçün yaxın günlərdə onları asanlaşdırmaq Pakistan üçün şərəf olacaq", - Dar deyib.

O, həm İranın, həm də ABŞ-nin danışıqlara kömək məsələsində Pakistana inamını ifadə etdiklərini vurğulayıb.

Pakistan, Türkiyə, Misir və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri münaqişənin həlli yollarını müzakirə ediblər. "Biz regionda müharibəyə mümkün qədər tez və birdəfəlik son qoymaq yollarını müzakirə etdik. Biz razılaşdıq ki, bu müharibə heç kimə faydalı deyil, yalnız itkilərə və dağıntılara səbəb olacaq", - Pakistanın xarici siyasət idarəsinin rəhbəri əlavə edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
2
2
azpolitika.info

3Sources