EN

"Qarabağ" - "Sabah" oyununun biletləri satışa çıxır

Bizon ölkə kubokunun yarımfinal mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ”la “Sabah” arasındakı oyunun biletləri sabah saat 15.00-dan etibarən satışda olacaq

"Football-plus.az" xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb.

Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Biletlərin qiyməti isə 5, 10 və 20 manat aralığındadı.

Biletlər sabah saat 15.00-dan etibarən "iticket.az"da onlayn, oyun günü isə həm "iticket.az"da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.

Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.

Chosen
3
7
football-plus.az

10Sources