EN

İsrail ordusu sutka ərzində İrandakı obyektlərə 140 zərbə endirib

İsrail ordusu sutka ərzində İrandakı obyektlərə 140 zərbə endirib

İsrail ordusu son 24 saat ərzində İranın qərbində və mərkəzi hissəsində 140 hava zərbəsi endirdiyini açıqlayıb.

AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə ordu mətbuat xidmətinin bəyanatında bildirilib.

"Son 24 saat ərzində İsrail Hərbi Hava Qüvvələri Mərkəzi və Qərbi İrandakı hədəflərə 140 zərbə endirib" deyə açıqlamada qeyd edilir. İddia olunur ki, hücumlar zamanı ballistik raketlərin anbarları və buraxılış meydançaları, həmçinin hava hücumundan müdafiə ilə bağlı obyektlər hədəf alınıb.

Chosen
11
22
afn.az

10Sources