EN

​Ən şorgöz 5 bürc

Astrologiyada sədaqətli və etibarlı bürclərlə yanaşı, həyat yoldaşına sadiq olmayan, hər fürsətdə xəyanət edən bürclər də var. Astroloji biliklər göstərir ki, bəzi bürclər altında doğulan kişilər sanki xanımlarına xəyanət etmək üçün dünyaya gəliblər. Metbuat.az hər an həyat yoldaşlarına xəyanət etməyə hazır olan şorgöz bürcləri təqdim edir: 1.⁠ ⁠QoçQoçlar qadın gözəlliyinə qiymət verməyi bacarırlar. Gözəllik aşiqi olmaları onları tez-tez xəyanətə sürükləyir. Şorgöz olmaları həmişə qoçlara baha başa gəlir. Buna baxmayaraq, bu əməldən çəkinmirlər. Vicdanlı olduqları uçün bu əməllərinə görə həmişə peşmançılıq hissi keçirirlər. 2.⁠ ⁠BuğaBuğalar duyğusaldırlar. Hamının qayğısına qalmağı sevirlər. Amma bəzən əndazəni aşırlar. Gözəl qadın görəndə biganə qala bilmirlər. Buna görə də buğalar şorgöz bürc sayılır. Onlar həyat yoldaşlarını çox sevirlər. Amma bu sevgi xanımlarına xəyanət etməyə mane olmur. 3.⁠ ⁠QızQız bürcü insanları sədaqətli və həssas olurlar. Xeyirxahdırlar. Heç kimin pisliyini istəmirlər. Diqqətcildirlər. Amma gözəl qadınlara daha çox diqqət göstərirlər. Onlar sorgözlüklərini çox vaxt bu yolla pərdələməyə çalışırlar. Əllərinə düşən ilk fürsətdə həyat yoldaşlarına xəyanət edirlər. 4.⁠ ⁠ŞirŞirlər təbiətən lider və cəsarətlidirlər, amma bu üstün xüsusiyyətlərindən çox vaxt qadınlara qarşı istifadə edilər. Mənəm-mənəmliyi ilə tanınan şirlər gözəllik qarşısında tez "əriyirlər". Bu da şorgöz olmalarından qaynaqlanır. Gözəl qadına biganə qalmağı bacarmırlar. 5.⁠ ⁠Oğlaq

Oğlaqlar məsuliyyətli və ciddi bürc sayılırlar. Kənardan həmişə yaxşı təsir bağışlayırlar. Onlar münasibətlərin uzunmüddətli olmasına çalışırlar. Amma bu, xəyanət etmələrinə əngəl olmur. Gözəl qadına yox deməyi bacarmırlar. Etdikləri hərəkətə görə həmişə peşman olurlar. Həyat yoldaşına xəyanət etmək onlar üçün qəbulolunmaz olsa da, şorgöz olduqları üçün xanımlarını tez-tez aldadırlar.

Chosen
16
43
metbuat.az

10Sources