EN

O halda görünmək istəmirdi Məlahət Abbasova Rasim Balayevlə son söhbətindən danışdı VİDEO

ain.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan kinosunun əfsanəsi, Xalq artisti Rasim Balayevin vəfatı sənət camiəsini dərindən sarsıdıb. Tanınmış aktrisa Məlahət Abbasova sənət dostunun itkisi ilə bağlı xatirələrini bölüşərək, onun son günləri və aralarındakı səmimi münasibət barədə danışıb.AZXEBER.COM İTV-yə istinadla xəbər verir ki, aktrisa sənətkarın ölüm xəbərini sosial mediadan öyrəndiyini və böyük sarsıntı keçirdiyini bildirib:"İnstagram"da paylaşımı görən kimi dərhal təyyarə biletlərinə baxmağa başladım. Bu, Azərbaycan sənət camiəsi üçün yeri doldurulmayacaq, çox ağır bir itkidir. Bir əfsanə getdi".Məlahət Abbasova Rasim Balayevlə mütəmadi əlaqə saxladıqlarını və ötən il birlikdə yeni bir serial layihəsində iştirak etməyi planlaşdırdıqlarını qeyd edib. Aktrisa sənətkarla sonuncu dəfə Yeni il bayramında danışdıqlarını vurğulayıb:

"Mənə göndərdiyi son səs yazısı hələ də durur. Orada mənə demişdi ki, mən onu nə qədər çox istəyirəmsə, o da məni ondan da çox istəyir. Heyf ki, son günlərində onu ziyarət edə bilmədim".Aktrisa Bakıda olduğu müddətdə Rasim Balayevin oğlu Ülvi ilə əlaqə saxlayıb, lakin görüşmək mümkün olmayıb:

"Oğlu ilə danışdım. Mənə dedi ki, atası vəziyyəti ağır olduğu üçün heç kimlə görüşmək istəmir, o halda görünməyə utanırdı. Kaş ki, vəziyyətinin bu qədər ağır olduğunu bilərdim... Bilsəydim, hər hansı bir şəraitdə, hansısa yolla olsa belə, onu mütləq sonuncu dəfə görərdim".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
12
50
azxeber.com

10Sources