EN

Serbiyada bir neçə şəhər və bələdiyyəyə yerli seçkilər keçirilib

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Serbiyada bu gün bir neçə şəhər və bələdiyyəyə yerli seçkilər keçirilib.

"Report"un Balkan bürosu xəbər verir ki, səsvermə yerli vaxtla saat 07:00-da başlayıb və 20:00-dək davam edib.

Bələdiyyə Seçki Komissiyasının məlumatına görə, saat 16:00-a olan seçici fəallığı Sevoyno şəhərində 65,73 %, Bayina Baştada 64 %, Kulada 60,93 %, Arandjelovatsda 58 %, Knyajevats 55,11 %, Smederevska Palankada 49,94 %, Maydanpekdə 48,93 %, Kladovoda 45,38 %, Borda isə 51,4 % təşkil edib.

Seçki prosesi zamanı baş verənlərə gəldikdə isə müxalifət tərəfdarları Kula və Çrvenka ərazisində bir neçə obyektin qarşısında, o cümlədən Çrvenkada Serbiya Proqressiv Partiyasının (SNS) qərargahı önündə toplaşaraq, SNS üzvlərini və tərəfdarlarını manipulyasiyada ittiham ediblər.

Onlar bir müddət sonra obyektə daxil olmağa cəhd göstərsələr də, polis tərəfindən bunun qarşısı alınıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
2
6
azpolitika.info

10Sources