EN

Xavi "Barselona"ya qayıda bilməyəcək

style='margin-bottom:10px;'>

"Tottenhem"in yarımmüdafiəçisi Xavi Simonsun yetirməsi olduğu "Barselona"ya qayıtmaq istəyi ilə bağlı yayılan xəbərlərə Kataloniya klubundan reaksiya gəlib.

QOL.az xəbər verir ki, “Sport.es” nəşrinin məlumatına görə, Kataloniya klubu hazırda bu transferi nəzərdən keçirmir.

Buna səbəb keçidin yüksək maliyyə tələbləridir. Bildirilir ki, futbolçunun transferi üçün təxminən 45 milyon avro tələb olunur və “Barselona” mövcud iqtisadi şəraitdə bu məbləği ödəməyi məqsədəuyğun saymır.

Qeyd edək ki, Simons bu mövsüm Premyer Liqada 25 oyunda 1 qol və 4 məhsuldar ötürmə edib, Çempionlar Liqasında isə 10 matçda 3 qol vurub.

Chosen
13
42
teleqraf.com

10Sources