EN

Hindistan tankerləri Hörmüz boğazını təhlükəsiz şəkildə keçib

Bakı. Trend:

Hindistana mayeləşdirilmiş təbii qaz daşıyan daha iki tankerHörmüz boğazını təhlükəsiz şəkildə keçib.

Trend xəbər verirki, bu barədə Hindistanın Neft və Təbii Qaz Nazirliyi məlumatyayıb.

Məlumata görə, “BW TYR” tankerinin martın 31-də Mumbaya, “BRELM” tankerinin isə aprelin 1-də Nyu-Manqalor limanına çatacağıgözlənilir.

Qeyd olunub ki, regionda Hindistan gəmilərinin və dənizçilərinintəhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görülür vəson 24 saat ərzində onların iştirakı ilə hər hansı insident qeydəalınmayıb.

Hazırda Fars körfəzinin qərb hissəsində Hindistan bayrağıaltında 18 gəmi və 485 hindistanlı dənizçi qalır.

Xatırladaq ki, bu həftənin əvvəlində İranın xarici işlər naziriAbbas Əraqçi Hörmüz boğazından keçidin dost ölkələr üçün açıqolduğunu bildirib və Çin, Rusiya, Hindistan, İraq və Pakistangəmilərinin keçidinə icazə verildiyini qeyd edib.

Chosen
1
50
az.trend.az

10Sources