EN

O, çətin günlərin dostu idi...

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycan mədəniyyəti bu gün ən parlaq simalarından birini itirdi — Rasim Balayev artıq aramızda deyil. Xalqımızın sevimli sənətkarı, Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin sədri, dövlət mükafatı laureatı, “İstiqlal” ordenli görkəmli aktyorumuz Rasim Balayevin vəfatı xəbəri məni dərindən sarsıtdı.Rasim Balayev Azərbaycan kinosunun simasını formalaşdıran nadir şəxsiyyətlərdən biri idi. Onun yaratdığı obrazlar təkcə sənət nümunəsi deyil, həm də milli ruhun, xarakterin və tariximizin bədii ifadəsi idi. O, yüksək səviyyəli aktyorluq istedadı, dərin daxili aləmi və səhnə mədəniyyəti ilə hər zaman seçilmiş, tamaşaçıların yaddaşında silinməz izlər qoymuşdur.O, “Nəsimi”, “Babək”, “Dədə Qorqud” və digər möhtəşəm ekran əsərlərində yaratdığı obrazlarla milli kinomuzun zirvəsinə çevrilmişdi. Bu rollar sadəcə aktyor işi deyildi — bu, tariximizin, kimliyimizin və milli ruhumuzun sənətdə təcəssümü idi. Uğurlu rolları ilə o, tək Azərbaycanda deyil, bütün post-sovet məkanında izlənilir, sevilirdi. Dünyanın dört bir yanında yaşayan soydaşlarımız məhz Rasim Babayevin canlandırdığı rollarla tarixi şəxsiyyətlərimizə daha da dərindən məhəbbət bəsləmişlər. Bir sözlə, Rasim müəllim milli kinomuzun simvollarından idi. Rasim müəllimlə şəxsi münasibətlərimiz də hər zaman dərin hörmət və səmimiyyət üzərində dayanırdı. O çətin günlərimizin dostu kimi də əvəzsiz xüsusiyyətlərə sahib idi. Onunla bütün söhbətlərimiz Azərbaycan kinosunun inkişafının vacibliyi, keçmiş bədii filmlərimizin mükəmməlliyi, təsirliliyi üzərində qurulurdu. Bir sözlə, Rasim Balayev Azərbaycan milli-mədəni dəyərlərini ürəkdən təmsil edən şəxsiyyət idi.  Bu gün biz yalnız bir aktyoru deyil, bütöv bir məktəbi itirmişik.Xalq artistimiz Rasim Balayevin Azərbaycan mədəniyyəti qarşısında xidmətləri əvəzsizdir. Əminəm ki, onun sənəti gələcək nəsillər üçün örnək olaraq yaşayacaq və hər zaman ehtiramla xatırlanacaqdır.Bu ağır itki ilə əlaqədar mərhumun ailəsinə, yaxınlarına və bütün sənət ictimaiyyətinə dərin hüznlə başsağlığı verir, səbr diləyirəm.Allah rəhmət eləsin.Hörmətlə,

Fizuli Məmmədov,

Rusiya Azərbaycanlıları İttifaqının prezidenti

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
13
12
demokrat.az

10Sources