Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqiblərindən Litva yığması bu gün yoldaşlıq oyunu keçirib.
Msport.az xəbər verir ki, pribaltikalılar Kaunasda Gürcüstan komandası ilə qarşılaşıb.
Oyun qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Jorj Mikautadze 70 və 84-cü dəqiqədə vurduğu qollar hesabına komandasına qələbə qazandırıb.
Yoldaşlıq oyunu
Litva – Gürcüstan 0:2
Qollar: J.Mikautadze, 70-pen. 84
Qırmzı vərəqə Q.Qineytis, 90+3