EN

Tanımadığımız rəqiblərlə oynamaq yaxşıdır, futbolçular üçün dəyişiklik olur - Ayxan Abbasov

BAKI, 29 mart. TELEQRAF

“Millimiz ilk dəfə Afrika komandası ilə qarşılaşacaq. Tanımadığımız rəqiblərlə oynamaq yaxşıdır, futbolçular üçün dəyişiklik olur”.

Teleqraf xəbər verir ki, bu sözləri Azərbaycan millisonin baş məşqçisi Ayxan Abbasov “FIFA Series - 2026” beynəlxalq turniri çərçivəsində keçiriləcək Azərbaycan – Syerra Leone oyunu öncəsi təşkil olunan mətbuat konfransında deyib.
“Turnirdə ikinci oyunumuzu keçirəcəyik. Rəqib ilk matçına çıxacağı üçün müəyyən üstünlüyü var. Buna baxmayaraq, evdə azarkeşlərin dəstəyi ilə qalib gəlmək istəyirik. Syerra Leone iki gün əvvəl qarşılaşdığımız Sent Lüsiyadan fərqli rəqibdir, reytinqdə bizdən üstündür. İnanıram ki, ilk matçdakı ciddiyyət və istək bu dəfə daha çox olacaq. Çünki rəqib bunu tələb edir”.

Qeyd edək ki, qarşılaşma martın 30-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq.

Chosen
6
50
teleqraf.com

10Sources