Ajans.azxəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb. Qeyd edilib ki, gecə ərzində uzaqmənzilli pilotsuz uçuş aparatları ilə Leninqrad vilayətində Ust-Luq limanındakı neft terminalı infrastrukturuna zərbə endirilib.
Bu, Rusiya üçün Baltik dənizində neft ixracının həyata keçirildiyi mühüm neft terminalıdır.