"Qarabağ" komandasının məşhur azarkeşi Zəfər Hacılı dünyasını dəyişib...
Poliqon xəbər verir ki, bu barədə klubun rəsmi səhifələrində bildirilib.
"Komandamızın azarkeşi Zəfər Hacılının vəfatından kədərləndiyimizi bildirir, ona Allahdan rəhmət diləyir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk!", - deyə məlumatda yazılıb.
Qeyd edək ki, Zəfər Hacılının həkim məsuliyyətsizliyinin qurbanı olduğu deyilir. Belə ki, mərhum bir neçə gün əvvəl feysbuk səhifəsində nəfəs ala bilməmək bildirmişdi. O, qızdırması olmadığı üçün xəstəxanaya qəbul edilmədiyini, çox ağır vəziyyətdə olduğunu qeyd etmişdi.
"Briqadaya deyildi ki, sadəcə qızdırmaya qarşı iynə vurun və gedin. Mənim problemim qızdırmadır? Mən nəfəs ala bilmirəm, boğuluram. Saturasiyam aşağıdır. Bir insanın bu vəziyyətdə bu cür yola verilməsi açıq-aşkar məsuliyyətsizlikdir. İnsan həyatına bu qədər laqeyd yanaşmaq nə deməkdir? Hələ də ağır vəziyyətdəyəm və real kömək ala bilməmişəm", - deyə Zəfər cavabdeh qurumlardan şikayət etmişdi.
Poliqon.info