EN

Qubanın bu kəndləri qar altında: Yol bağlandı, işıq kəsildi – VİDEO

Qubanın Buduq kəndinə yağan güclü qar nəticəsində yollar bağlanıb, kəndlə yanaşı Zeyid, Qabqazma və Pirüstü yaşayış məntəqələri ilə də əlaqə tam kəsilib. Yağıntı elektrik dirəklərini sıradan çıxardığından Buduqda iki gündür işıq yoxdur.

Kənd sakini Adil Hüseynov NOCOMMENT.az-a bildirib ki, güclü qar onların gündəlik həyatını iflic edib:

“Uşaqlarım Qubadan tətilə gəlib. Əgər iki gün ərzində yol açılmasa, dərslərindən geri qalacaqlar. Özümüz yolları təmizləməyə çalışırıq, amma mümkün deyil. UAZ-ın dörd təkərinə zəncir vurduq, yenə də hərəkət edə bilmirik, qar normadan artıqdır”.

Digər sakin Səmral Cabbarov isə qeyd edib ki, həm yol, həm də elektrik enerjisinin olmaması vəziyyəti daha da ağırlaşdırır:

“İki gündür kənd tam qaranlıqdadır. Nə yolumuz var, nə də işığımız. Yalnız yardım gözləyirik”.

Son iki gündə yağışın dağlıq ərazilərdə qara çevrilməsi səbəbindən Buduq, Qabqazma, Pirüstü və Zeyid kəndlərinə gediş-gəliş tam məhdudlaşıb. Sakinlər yolların açılmasını və elektrik təsərrüfatının bərpasını gözləyir.

Aliyə
NOCOMMENT.az

Chosen
9
10
nocomment.az

9Sources