EN

FHN su basmış ərazilərdən 278 nəfəri təxliyə edib - VİDEO - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar su basmış ərazilərdə müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi işləri ötən gecə və gün ərzində fasiləsiz olaraq davam etdirilib.

Görülmüş tədbirlər nəticəsində ümumilikdə 278 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.

***

saat 10.37

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar su basmış ərazilərdə müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri ötən gecə fasiləsiz olaraq davam etdirilib.

FHN-dən APA-ya verilən xəbərə görə, görülmüş tədbirlər nəticəsində 36-sı azyaşlı olmaqla ümumilikdə 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.

© APA | FHN su basmış ərazilərdən 216 nəfəri təxliyə edib

Chosen
29
50
apa.az

10Sources