EN

Volodimir Zelenski İordaniyada səfərdədir - FOTO

BAKI, 29 mart. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski İordaniya Haşimilər Krallığına rəsmi səfər edib.

Teleqraf xəbər verir ki, bu barədə dövlət başçısı özünün "Facebook" səhifəsindəpaylaşım edib.

Volodimir Zelenski səfərin əsas məqsədinin təhlükəsizlik məsələləri olduğunu vurğulayıb:

"Hazırda İordaniyadayam. Ən vacib məsələ təhlükəsizlikdir və tərəfdaşlarımızın bu istiqamətdə lazımi səylər göstərməsi önəmlidir. Ukrayna öz töhfəsini verir. Qarşıda mühüm görüşlər gözlənilir".

Xatırladaq ki, İordaniyaya səfərdən əvvəl Ukrayna lideri Qətərdə olub. Həmin səfər çərçivəsində rəsmi Kiyev və Doha arasında müdafiə sahəsində strateji tərəfdaşlıq haqqında azı 10 illik müddəti əhatə edən saziş imzalanıb.

Chosen
3
50
teleqraf.com

10Sources