EN

“Hazırda İranla strateji tərəfdaşlıq müqaviləsi barədə heç bir müzakirə aparılmayıb” - Mirzoyan

İran ətrafındakı gərginlik səbəbindən İrəvan və Tehran arasında strateji tərəfdaşlıq müqaviləsinin bağlanması ilə bağlı müzakirələr dayandırılıb.

Redaktor.az bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan jurnalistlərə açıqlamasında bildirib.

O əlavə edib ki, Ermənistan tərəfi İran və digər tərəfdaşları ilə təmasda olaraq daim öz mövqeyini bildirir: Yerevan hərbi əməliyyatların mümkün qədər tez dayandırılmasını istəyir.

Aminə ŞAHSUVARQIZI

Chosen
19
redaktor.az

1Sources