EN

Binəqədi rayonunda anbarda yanğın söndürülübYENİLƏNİB/VİDEO

Bakı şəhəri, Binəqədi rayonunda yerləşən anbarda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən tam söndürülüb.

FHN-dən Xezerxeber.az-a verilən xəbərə görə, yanğın nəticəsində bir dam altında tikilmiş, ümumi sahəsi 3100kv.m. olan anbarın yanar konstruksiyaları 600kv.m. sahədə yanıb.

Anbarın böyük hissəsi və bitişik yerləşən digər tikililər yanğından mühafizə olunub.

13:00

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda yerləşən anbarda yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

FHN-nin mətbuat xidmətindən Xezerxeber.az-a bildirilib ki, məlumatla əlaqədar əraziyə dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Chosen
22
25
xezerxeber.az

10Sources