EN

Pezeşkian İranı xilas edə biləcəkmi?

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatının təxminən 30 milyard dollara başa gələn ilk üç həftəsinin hərbi-iqtisadi nəticələri teokartik rejimin üzləşdiyi fəlakətin miqyasını təsəvvür etmək baxımından çox önəmlidir.ABŞ və İsrailin təxminən 30 milyard dollarlıq hərbi əməliyyatı ilk üç həftə ərzində İranın təxminən 300 milyard dollar sərf edərək onilliklər boyu inşa etdiyi infrastrukturu dağıdıb.

Ümumiyyətlə, İraqdan Livana, Pakistandan Suriyaya kimi çox geniş bir çoğrafiyada həyalət (əyulə) general ləqəbli ilə məşhur olan İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” xüsusi bölməsinin komandanı general Qasım Süleymaninin ölümündən sonra aydın olmağa başladı ki, teokratik rejim elitasının rəqabətə davam gətirmək gücü yoxdur və mövqelərini itirəcək. Hələ 2020-ci ilin yanvarında Qasım Süleymaninin ölümündən bir neçə gün sonra yazdığım “Həyalət generalın ölümü” başlıqlı məqalədə qeyd etmişdim ki, İran Süleymaninin öldürülməsi nəticəsində məruz qaldığı itkinin yerini doldura bilməyəcək və bu məqam İran əleyhdarlarının Süleymaninin yoxluğunda özlərini daha cəsarətlə aparmalarına imkan verəcək.

İranın 2011-ci ildən 50 milyard dollara yaxın vəsait xərcləyərək hakimiyyətdə saxlamağa çalışdığı Bəşər Əsəd rejimi 2024-cü ilin dekabrında devrildi və bu mənin bir neçə il öncəki ehtimalımı təsdiqi oldu. İranın 50 milyard dolara yaxın vəsait sərf etməsinə baxmayaraq Bəşər Əsəd rejimini qoruya bilməməsi teokratik rejimin Qərblə strateji qarşıdurmanı davam etdirəcək liderlərinin olmadığını peşəkar politoqloqlar aydın görməyə başladılar. Rusiya Siyasi Texnologiyalar Mərkəzinin birinci vitse-prezidenti, Ali İqtisadiyyat Məktəbinin professoru Aleksey Makarkin Suriyada baş verənləri təhlil edərkən gəldiyi qənaətlərdən biri Süleymaninin öldürülməsindən sonra İranda Qərblə strateji qarşıdurmanı davam etdirəcək liderlərinin olmaması idi.

“Iran International” televiziyasının məlumatına görə, Prezident Məsud Pezeşkian İslam İnqilabı Keşikçiləri Korpusununun rəhbərlərini İslam Respublikasının yaxınlaşan “süqutu” barədə xəbərdar edib. Məlumata görə, Prezident Məsud Pezeşkian müharibənin davam etdirilməsinin mülki əhaliyə və iqtisadiyyata dağıdıcı təsirinin olduğunu düşünür. Bu məsələdə Prezidenlə SEPAH komandiri Əhməd Vahidi arasında kəskin fikir ayrılıqları yaranıb. Prezident Məsud Pezeşkian atəşkəs olmasa İran iqtisadiyyatının üç-dörd həftə ərzində çökə biləcəyini qeyd edib. “Iran International” televiziyasının məlumatına görə Vahidi bu tələbi rədd edib.

Chosen
15
aznews.az

1Sources