EN

Karvaxal Real dan ayrılır?

ain.az, Fanat portalına istinadən məlumat yayır.

"Real Madrid" 34 yaşlı müdafiəçisi Daniel Karvaxal ilə bağlı qərar verməyə tələsmir.

Fanat.Az AS nəşrinə istinadən xəbər verir ki, hazırda tərəflər müqavilə yeniləmək istiqamətində danışıq aparmır.

Mənbə daha öncə Naço Fernandes, Toni Kroos, Luka Modriçlə bağlı vəziyyətin də eyni olduğunu və onların mövsümün sonunda "Real"dan getdiyini xatırladıb. Məlumata görə,  futbolçunun özü klubda qalmaq istəsə də, onunla müddəti bu yay başa çatacaq müqavilənin yenilənməmək ehtimalı yüksəkdir.

Karvaxal "Real"ın yetirməsidir. "Kral klubu"nun firması ilə ümumilikdə 446 matça çıxan Daniel 14 qol və 65 məhsuldar ötürmə ilə yadda qalıb.

Toğrul

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
15
1
fanat.az

2Sources