EN

Sibiqa: Ukrayna PURL proqramı çərçivəsində bütün lazımi silahları alacaq » AzadMedia.az


Amerikalı tərəfdaşlar yaxın vaxtlarda daha bir ölkənin qoşulacağı PURL proqramı çərçivəsində Ukrayna üçün nəzərdə tutulmuş silahların başqa yerə yönləndirilməsini planlaşdırmırlar.
Bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa martın 26-27-də Fransada keçirilən G7 ölkələrinin xarici işlər nazirlərinin sammitinin yekunlarına dair "Ukrinform"a verdiyi müsahibəsində bildirib.
"(ABŞ Dövlət katibi Marko) Rubio səviyyəsində bəyan edildi: Ukrayna üçün nəzərdə tutulmuş avadanlıqlardan, bu proqramdan digər ölkələrə heç nə yönləndirilməyib. Bu günə olan vəziyyətə görə, yönləndirmə ilə bağlı planlar da yoxdur", - Sibiqa vurğulayıb.
O həmçinin qeyd edib ki, Ukrayna PURL proqramına daha bir ölkənin qoşulacağı barədə təsdiq alıb:
"Hələlik onun adını çəkə bilmərəm, lakin bu o deməkdir ki, bu proqram fəaliyyət göstərir və o inkişaf edəcək. Bu bizim strateji HHM-lərimizin gücləndirilməsi üçün yeganə mümkün alətdir".
Daha əvvəl "The Washington Post" yazmışdı ki, Pentaqon Ukrayna üçün nəzərdə tutulmuş silahları Yaxın Şərqə yönləndirə bilər, çünki İrandakı müharibə Amerika ordusunun bəzi mühüm döyüş sursatı ehtiyatlarını tükəndirir.
Chosen
13
1
azadmedia.az

4Sources