Ermənistanın Baş naziri Nikol Paşinyanın sözlərinə görə, vətəndaşların hüquq sistemini ədalətsizlikdə günahlandırmasının səbəbi mövcud konstitusiyadır.
Redaktor.az-ın məlumatına görə , baş nazir bu barədə Yerevanda vətəndaşlarla görüşündə bildirib.
"İnsanlar niyə bunun ədalətsiz olduğunu düşünürlər? Çünki, necə deyərlər, bəzi insanlar konstitusiyanı yazıb, bəzi qanunları yazıb, bəzi hakim qərar verib, bəzi hüquq-mühafizə orqanlarının əməkdaşı isə onu tətbiq etmək üçün gəlib. Amma insanlar bunun əvvəldən onların razılığı olduğuna inanmırlar", - baş nazir deyib.
Nikol Paşinyan vurğulayıb ki, hazırda yeni Konstitusiyanın qəbul edilməsinin müzakirəsinin məhz buna görə aparıldığı bildirilir.
Paşinyan qeyd edib ki, "konstitusiya xalqdan gəlməlidir, əks halda xalq deyəcək: "Niyə bu konstitusiyanı bizə zorla qəbul etdirirsiniz?
Aminə ŞAHSUVARQIZI