Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Xalq artisti Rasim Balayev vəfat edib.
Bu barədə Newscenter.az-a Azərbaycan Kinematoqrafçılar İttifaqından məlumat verilib.
Xalq artisti Türkiyədə müalicə aldığı xəstəxanada vəfat edib.
Qeyd edək ki, Rasim Balayev 8 avqust 1949-ci ildə Ağsu rayonunda anadan olub.