EN

“Formula-1”də TV efirinə düşməyən görüntü - VİDEO

“Formula-1” üzrə Yaponiya Qran-prisində maraqlı hadisələr təkcə trasda deyil, finişdən sonra pit-leyndə də davam edib. “Audi”nin pilotu Qabriel Bortoleto yarış başa çatdıqdan sonra qeyri-adi insidentlə üzləşib.

İdman.Biz xəbər verir ki, Suzukada yarışı 13-cü pillədə başa vuran braziliyalı sürücü üçün ən gərgin anlar bolidindən düşərkən yaşanıb.

Bortoleto bolidini saxladıqdan sonra kokpitdən tullanaraq düşmək istəyib. Lakin həmin anda yanından keçən mexaniki görməyən pilot onunla toqquşaraq yerə yıxılıb. Hadisə rəsmi yayım zamanı kameraların diqqətindən qaçsa da, sonradan sosial şəbəkələrdə yayılıb.

Xoşbəxtlikdən, nə gənc sürücü, nə də komanda üzvü bu gülməli "qəza" zamanı xəsarət almayıblar.

Qeyd edək ki, Bortoleto builki debüt mövsümündə hələlik "Audi"yə xal qazandıra bilməyib.

İdman.Biz
Chosen
25
1
idman.biz

2Sources